Xəbər lenti

“Azərbaycanın Qarabağ bölgəsinə BMT sülhməramlı missiyasını göndərmək üçün BMT Təhlükəsizlik Şurasının qərarı olmalıdır”.


Musavat.com xəbər verir ki, bunu BMT Baş katibliyinin nümayəndəsi Stefan Carrik Rusiyanın TASS Agentliyinin sualını cavablandırarkən bildirib.

BMT rəsmisi istənilən yerə sülməramlı missiyanın göndərilməsi üçün Təhlükəsizlik Şurasının qərarının tələb olunduğunu qeyd edib.


Xatırladaq ki, sentyabrın 21-də Fransa və ABŞ-ın təşəbbüsü ilə BMT TŞ-nin Qarabağ bölgəsindəki vəziyyətə həsr olunmuş iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bölgəyə BMT sülhməramlı missiyasnın göndərilməsini təklif edib.




Ana səhifəyə qayıt        Baxış: 3 555          Tarix: 22-09-2023, 23:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma