“Avropa İttifaqı ABŞ-la birgə öz vasitəçilik xidmətlərini Azərbaycan və Ermənistana sırımaqla Cənubi Qafqaz regionunda sabitliyin pozulmasına gətirib çıxarır”.
Musavat.com-un məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi siyasi müzakirəsində deyib. (TASS)
“İndi Brüssel Vaşinqtonla birgə Cənubi Qafqazda sabitliyin pozulmasına gətirib çıxararaq Azərbaycan və Ermənistana vasitəçilik xidmətlərini tətbiq edir”, - Lavrov qeyd edib.
Eyni zamanda, XİN rəhbərinin sözlərinə görə, Rusiya Federasiyasının sülhməramlıları Qarabağ münaqişəsi zonasında dinc həyatın bərqərar olmasına hər cür töhfə verəcək.
“İrəvan və Bakı liderləri iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyatın, onun bərqərar olmasının, etimadın möhkəmləndirilməsinin vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti buna hər cür töhfə verəcək” - Lavrov deyib.
Paylaş: