Xəbər lenti

“İranda Fərid Səfərli ilə bağlı məsələyə bir daha baxılması üçün iranlı həmkarımla görüşdə müzakirə apardıq”.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanın Baş prokuroru Kamran Əliyev Prokurorluq işçilərinin peşə baramı ilə əlaqədar jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, iranlı həmkarından Fərid Səfərli ilə bağlı məsələyə bir daha baxmağı xahiş edib:

“Təbii ki, görüşdə bu məsələyə daha humanizm prinsipi ilə yanaşmasını xahiş etdim. O da mənə söz verdi ki, bu məsələyə bir daha baxılacaq. Humanizm prinsiplərindən çıxış edərək prokurorluq öz mövqeyini ortaya qoyacaq”.

Könül Cəfərli




Ana səhifəyə qayıt        Baxış: 3 426          Tarix: 1-10-2023, 12:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma