Xəbər lenti

“Baş nazir Nikol Paşinyanın 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda Ermənistanın imzasını geri çəkməyə cəsarəti çatmayacaq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan deyib.­

Onun sözlərinə görə, erməni əhalisinin Qarabağdan köçməsi kontekstində Üçtərəfli Bəyanatın, əslində, erməni tərəfi üçün məntiqi qalmayıb. Bununla belə, imzanın geri götürülməsi Sünik (Zəngəzur) vasitəsilə dəhlizi gündəmdən qaldırardı.

“Lakin Paşinyan bu bəyanatdan imtina edə bilməz, əks halda bunu çoxdan edərdi. Çünki onun nəticələrinə görə məsuliyyəti daşımaq istəmir”, – Baqratyan “Beşinci Kanal”a müsahibəsində deyib.

Baqratyan Qərbin Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu dilə gətirib. Onun fikrincə, Qərbə İranın Avropaya açılan qapıları tamamilə bağlanması lazımdır.




Ana səhifəyə qayıt        Baxış: 4 426          Tarix: 2-10-2023, 14:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma