Xəbər lenti
27-11-2024, 19:25

Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Çinə işgüzar səfərə gedib.

Musavat.com bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Son zamanlar Ermənistanın ordu rəhbərliyi davamlı şəkildə xarici ölkələrə üz tutur, silahlanma ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə edir ki, bu da narahatlıq doğurmaya bilməz.

Qeyd edək ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 10-cu Pekin Syanşan Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasında işgüzar səfərdədir.




Ana səhifəyə qayıt        Baxış: 2 472          Tarix: 29-10-2023, 15:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma