Xəbər lenti
Dünən, 19:25

1967-ci il sərhədlərində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması artıq qaçılmazdır. Bununla bağlı əlimizdən gələni edəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əlcəzairli həmkarı Əbdülməcid Təbbunla görüşündən sonra mediaya açıqlamasında deyib.

“Fələstin məsələsi ədalətli siyasi həll yoluna qovuşmasa regionumuzda daimi sülh və sabitliyin təminatı mümkün deyil. Ümid edirik ki, tez bir zamanda girovların mübadiləsi ilə bağlı müsbət nəticəni görəcəyik”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, R.T.Ərdoğan Əlcəzairdə səfərdədir.




Ana səhifəyə qayıt        Baxış: 2 277          Tarix: 21-11-2023, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma