Xəbər lenti

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana işgüzar səfərə gəlib.

Bu barədə “Report”a diplomatik mənbədən məlumat verilib.

Baş naziri Bakıda, hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze jurnalistlərə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Baş nazir İrakli Qaribaşvilinin nəzərdə tutulan görüşü zamanı həm siyasi kontekstdə, həm də ticarət-iqtisadi istiqamətdə bir sıra məsələlər, mədəni-humanitar məsələlər, o cümlədən, xüsusilə diqqətəlayiq olan yaşıl enerji layihəsi, Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi və Avropaya enerji ixracına töhfə verəcək enerji təhlükəsizliyi məsələləri müzakirə olunacaq. Eyni zamanda logistika məsələləri, nəqliyyat dəhlizi və bu istiqamətdə yeni layihələrin həyata keçirilməsinə də baxılacaq.

Səfir qeyd edib ki, mühüm məsələlərdən biri də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi və başa çatdırılmasıdır.




Ana səhifəyə qayıt        Baxış: 3 453          Tarix: 24-11-2023, 11:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma