Xəbər lenti
Dünən, 19:25

Rusiya prezidenti Vladimir Putin Belarusla hərbi kadrların birgə hazırlanması üçün döyüş hazırlığı mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında sazişin ratifikasiyası haqqında qanun imzalayıb.

Modern.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Sənəddə bildirilir ki, mərkəzlər iki ölkənin Müdafiə Nazirliklərinin birgə qərarları əsasında açılacaq, onların fəaliyyət istiqamətləri, tərkibi, strukturu, sayı, yerləşdiyi yerlər, formalaşma müddətləri və fəaliyyət qaydası müəyyən ediləcək.

"Hərbi kontingentin şəxsi heyəti birgə tapşırıqları yerinə yetirərkən, tərəflərin səlahiyyətli orqanları tərəfindən razılaşdırılmış başqa qərar qəbul edilmədikdə, milli silahlı qüvvələrdə müəyyən edilmiş geyim formasını və fərqlənmə nişanlarını taxırlar", - sənəddə deyilir.




Ana səhifəyə qayıt        Baxış: 2 926          Tarix: 12-12-2023, 13:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma