Xəbər lenti
Dünən, 19:25

İrəvan və Bakı qarşılıqlı əsasda qoşunların sərhəddən çıxarılması imkanını müzakirə edir.

Axar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Onun sözlərinə görə, Azərbaycanla sazişlərin birinci hissəsi, xüsusilə İqlim konfransı ilə bağlı olan yerinə yetirilib, ikinci hissəsi bu gün yerinə yetirilməlidir (əsirlərin dəyişdirilməsi - red.):

“Lakin bu razılaşmalar etimadın yaradılması yolunda mümkün olan yeganə razılaşmalar deyil, digərləri də müzakirə olunur. Məsələn, biz Ermənistan-Azərbaycan sərhədindən qoşunların çıxarılması təşəbbüsü ilə çıxış etdik. İnanırıq ki, bu, müsbət təsir göstərəcək və gələcək mümkün gərginliyin qarşısını almağa kömək edəcək. Demirəm ki, razılaşma var, amma bu, müzakirə olunan ideyadır. Başqa fikirlər də var”.

Mirzoyan belə qarşılıqlı addımların münasibətlərin nizamlanmasına müsbət təsir edəcəyinə ümid etdiyini bildirib:

“Eyni zamanda, əsas proses sülh müqaviləsi üzrə danışıqlardır. Azərbaycan danışıqlar masasına, görüş formatına qayıtmalıdır. Bir neçə dəfə demişik ki, saziş üzrə işlərin böyük hissəsi görülüb. İndi görüşmək və mühüm məsələlərlə bağlı yekun razılığa gəlmək lazımdır”.




Ana səhifəyə qayıt        Baxış: 3 777          Tarix: 13-12-2023, 15:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma