Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası işlərinin 70 faizi artıq razılaşdırılıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan parlamentinin Xarici Əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Gürcüstanın Azərbaycan və Ermənistandakı səfirlərinin iştirakı ilə keçirilən komitə dinləməsindən sonra jurnalistlərə açıqlamasında deyib.
“Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyasına gəlincə, sərhədin təxminən 70 faizi razılaşdırılıb. Qalan 30 faizin razılaşdırılması üzərində iş gedir. Ancaq delimitasiya prosesi belədir ki, 100 faiz razılaşana qədər heç bir delimitasiya müqaviləsi imzalanmır. Müvafiq olaraq bizdə inkişaf var və yavaş-yavaş irəliləyirik. Bu prosesin nə vaxt başa çatacağını deyə bilmərəm, baxmayaraq ki, bizim dost və strateji tərəfdaşımız olan Azərbaycanla bu gün qurduğumuz əlaqələrə əsaslanaraq müsbət gözləntilərimiz var”, - Nikoloz Samxaradze deyib.
Paylaş: