Xəbər lenti
Dünən, 19:25

İran Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün kəskin addımlar atmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Argişti Kiviryan yerli mediaya açıqlamasında deyib.

O bildirib ki, Rusiya, İran və Türkiyə regiondankənar qüvvələrin – yəni Qərbin Cənubi Qafqaza müdaxiləsinə qarşıdır:

“Tehran çox gözəl başa düşür ki, AB müşahidəçilərinin fəaliyyəti Azərbaycana qarşı deyil, İran qoşunlarının Ermənistan ərazisinə mümkün nüfuzuna nəzarətlə bağlıdır. Görünən odur ki, bu müşahidəçilər mahiyyət etibarilə kəşfiyyatçılardır. Neçə dəfə Azərbaycanın Ermənistana hücumlarının qarşısını alıblar? Heç vaxt.

Əgər Rusiyanın Cənubi Qafqazda mövqeyi zəifləsə, o zaman İran ilk növbədə bu müşahidəçilərin regiondan çıxmasına nail olmaq üçün hərəkətə keçəcək”.




Ana səhifəyə qayıt        Baxış: 3 194          Tarix: 31-12-2023, 10:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma