Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş ştatdankənar müşaviri Aleksey Arestoviçin indi ölkəmizdə baş verən proseslərə təsiri yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Onun sözlərinə görə, Arestoviç özünü gələcəyin siyasətçisi hesab etsə də, reallıq bir qədər fərqlidir:
“Onun subyektiv davranışa haqqı var. Amma indi, müharibənin içində olduğumuz mərhələ üçün bu, artıq əhəmiyyət kəsb etmir. Bəzi insanlar müharibənin bu mərhələsinə təsir edir, bəziləri də moderatorluq edir. Belə də davam edəcək. Ukraynada hər zaman sona qədər gedəcək insanlar olacaq”.
Qeyd edək ki, Arestoviç mediaya son açıqlamalarında müharibənin əleyhinə olduğunu bildirib və Rusiya ilə sülh bağlamağın yollarının tapılmasını təklif edib.
Paylaş: