Xəbər lenti

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan və Ermənistanın bu ölkədəki səfirləri Faiq Quliyev və Aşot Smbatyanla görüşüb.

Məlumata görə, baş nazir səfirlərlə regiondakı mövcud vəziyyəti müzakirə edib.

Görüş zamanı sülh və sabitliyin vacibliyi vurğulanıb.

Baş nazir onlarla strateji tərəfdaşlıq, ölkələr arasında sıx dostluq münasibətlərindən, müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyindən də danışıb.

Mənbə: Sputnik Georgia




Ana səhifəyə qayıt        Baxış: 2 551          Tarix: 12-03-2024, 20:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma