Xəbər lenti

Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyana qarşı ittiham irəli sürən keçmiş müstəntiq Qraçya Muşeqyan həbs edilib.

Oxu.Az-ın "Sputnik Ermənistan" "Telegram" kanalına istinadən xəbərinə görə, bu barədə məlumatı cinayət məhkəməsinin mətbuat katibi Liana Rafaelyan təsdiqləyib.

Mətbuat xidmətindən bildirildiyinə görə, Muşeqyan yol-nəqliyyat hadisəsi ilə bağlı həbs edilib.

Hələ ötən il KİV yazırdı ki, Muşeqyan Komitas prospektində ölümlə nəticələnən qəzanın səbəbkarı olub. Hadisə 2024-cü il avqustun 12-də baş verib. O, sərxoş halda sükan arxasında olub.

Öz növbəsində "Pastinfo" nəşri yazır ki, Qraçya Muşeqyan "1 mart" işi üzrə istintaq qrupunun rəhbəri olub. İttihamlar irəli sürüldükdən sonra o, ümumi xarakterli cinayət axtarış idarəsinin baş müstəntiqi vəzifəsindən korrupsiya və vəzifə cinayətlərinin istintaqı idarəsinin rəis müavini vəzifəsinə keçirilib.

Sonradan o, ümumi xarakterli cinayətlərin istintaqı idarəsinə, lakin bu dəfə rəis vəzifəsinə qaytarılıb.

Xidmətdən getdikdən sonra Muşeqyan vəkillik fəaliyyəti ilə məşğul olub.




Ana səhifəyə qayıt        Baxış: 39          Tarix: Bu gün, 18:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma