"Qardaş Pakistan ilə möhkəm təməllər üzərində qurulmuş dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi bizim üçün xüsusi əhəmiyyət kəsb edir".
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdariyə təbrik məktubunda deyilir.
"Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə əlaqələrimizin daha da genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Pakistan strateji tərəfdaşlığının və müttəfiqliyinin möhkəmləndirilməsi və dərinləşdirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın xoş ənənələrinin bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik", - təbrikdə deyilir.
Paylaş: