Xəbər lenti

“Əgər siz bu Ermənistan ərazilərini (?! - red.) Azərbaycana verməyə hazırsınızsa, Azərbaycanın qarşısına Qarabağa muxtar vilayət statusunun qaytarılması vəzifəsini qoymağa borclusunuz, onlar eyni səviyyədədir”.

Musavat.com xəbər verir ki, bu sərsəm iddianı Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan feysbuk səhifəsində yayımladığı videoda Paşinyanın Tavuşun 4 kəndi ilə bağlı mətbuat konfransında verdiyi açıqlamaya reaksiyasında bildirib.

Oskanyan iddia edib ki, Tavuşun 4 kəndini köçürməklə Paşinyan bilmədən beynəlxalq hüququn köhnə Roma prinsipini tətbiq edir:

““Mənim olan mənimdir, bu əraziləri necə aldığımdan asılı olmayaraq”. Paşinyan bu gün bunu birtərəfli qaydada tətbiq edir, bilmirəm, onun bu prinsipdən xəbəri var, ya yox”.

Daha sonra bu sərsəm qoca “Əgər siz bu Ermənistan ərazilərini Azərbaycana verməyə hazırsınızsa, Azərbaycanın qarşısına Dağlıq Qarabağa muxtar vilayət statusunun qaytarılması vəzifəsini qoymağa borclusunuz. Bu, bir səviyyədədir, sovet dövrünün mirasıdır. Ermənistanın bu məsələni, eləcə də Dağlıq Qarabağ sakinlərinin qaytarılmasını gündəmə gətirmək hüququ var”, - deyə bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 029          Tarix: 16-03-2024, 23:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma