Xəbər lenti

Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və NATO baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış edirlər.


Bu barədə AZƏRTAC məlumat yayıb.


Ovqat.com-un məlumatına görə, Stoltenberq çıxışında Azərbaycan və Ermənistanı "davamlı sülh"ə dəvət edərək deyib:

 

“Mən sizin sülh sazişinə həmişəkindən daha yaxın olduğunuz barədə dediklərinizi yüksək qiymətləndirirəm və sadəcə olaraq sizi Ermənistanla davamlı sülh sazişi əldə etmək üçün bu fürsətdən istifadə etməyə təşviq edə bilərəm".


1990-cı illərdə Norveçin energetika naziri kimi bir neçə dəfə Bakıya gəldiyini xatırladan Baş katib bildirib ki, NATO-nun Baş katibi kimi bu onun ilk səfəridir.

 

 “Həmin səfərlərlə bağlı xoş xatirələrin var.  Ən azı ona görə ki, bu ölkədə canlı və güclü enerji sektorunun inkişaf etdiyini gördüm. Buna görə də geri qayıtmaq, həmçinin enerji təhlükəsizliyini müzakirə etmək fürsəti əldə etmək çox gözəldir, çünki enerji bizim təhlükəsizliyimiz üçün vacibdir”, - deyə Stoltenberq bildirib.

O, həmçinin Azərbaycanın Ukraynaya humanitar dəstəyini də alqışlayaraq vurğulayıb: 

 

“NATO müttəfiqləri davam edən müharibənin nəticələrindən son dərəcə narahatdırlar. NATO müttəfiqləri Ukraynaya dəstək verir. Mən çox ehtiyac duyulan humanitar yardıma gəldikdə, Azərbaycanın da Ukraynaya göstərdiyi çox vacib dəstəyi alqışlayıram. Amma daha çox dəstəyə ehtiyac var, çünki Ukraynada vəziyyət son dərəcə ağırdır”.




Ana səhifəyə qayıt        Baxış: 4 419          Tarix: 17-03-2024, 20:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma