Xəbər lenti

"Ermənistan Qərbin təzyiqlərinə görə Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi xətti üzrə Rusiya ilə təmaslara xüsusi maraq göstərmir".

Bu açıqlama ilə Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin çıxış edib.

"Biz bunu İrəvanı ölkəmizlə əlaqələri minimuma endirməyə məcbur etməyə çalışan qərblilərin təzyiqinin nəticəsi kimi görürük", - diplomat vurğulayıb.

Qaluzin bildirib ki, Moskva ikitərəfli münasibətlərdə problemli məsələlərin aradan qaldırılması üçün İrəvanın açıq şəkildə səsləndirdiyi planların həyata keçirilməsinə ümid edir.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 3 941          Tarix: 5-06-2024, 12:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma