Türk dövlətləri çərçivəsində parlamentlərarası əlaqələr inkişaf etdirilməlidir.
“Report”un məlumatına görə, bunu Şimali Kipr Türk Respublikası Məclisinin sədri Zorlu Töre Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü iclasında deyib.
Onun sözlərinə görə, türk dünyası arasında düşmənçilik salmaq istəyənlərə qarşı birləşməyin vacibliyini vurğulayıb:
"Türk dünyası zəncir kimi bağlanmalıdır. Bizi bir-birimizə qarşı düşmənə çevirmək istəyənlər olacaq, lakin biz onlara qarşı mübarizə aparacağıq. Yolumuza davam etməliyik”.
O vurğulayıb ki, bu gün Qəzzada baş verənlər bütün dünyaya nümunə olmalıdır:
“Türk dövlətləri olaraq bir-birimizə daha çox birləşməliyik. Düşünməliyik və düşüncələrimizi layihəyə çevirərək tətbiq etmə mərhələsinə qoymalıyıq”.
ŞKTM sədri digər türk dövlətləri ilə dostluq qruplarının yaradılmasını səbirsizliklə gözlədiyini deyib:
“Azərbaycan artıq bunu etdi. Digələrini də səbirsizliklə gözləyirik”.
Paylaş: