Xəbər lenti

"Nəhayət İranda Azərbaycanla münasibətlərdə mövcud durumu doğru qiymətləndirən Prezidentə rast gəldik. Qonşu ölkənin Prezidenti Məsud Pezeşkian indiyə qədər İranla Azərbaycan arasında aparılan danışıqlarda uğursuzluğun səbəblərinin araşdırılmasının vacib olduğunu vurğulayıb. “Necə olur ki, biz bacı-qardaşlarımız olan qonşumuzla əlaqə qura bilmirik, uzaq İsrail bunu bacarır” - sualını səsləndirən Pezeşkian problemin harada olduğunu görmək vacibliyini bildirib. Məsud Pezeşkianı mövzunu genişləndirərək ardını gətirib: “Bir baxaq görək səhv kimdədir, niyə bu belədir. Ancaq ittihamla haraya varmaq olar. Azərbaycanla yaxşı münasibətlər qurmaq üçün hər cür imkanımız varsa, niyə iradəmiz buna çatmasın?”"

Musavat.com bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun fikrincə, əslində Məsud Pezeşkian gündəmə gətirdiyi sualların cavabını yaxşı bilir, səsləndirməyə ehtiyat edir:

""Niyə İranda alınmır, İsraildə alınır” sualının cavabı sadədir. Çünki, İranda qərar verən mühafizəkar dairələr Azərbaycanı müstəqil dövlət kimi qəbul etmək istəmirlər, daxili işlərimizə qarışmağı lazım bilirlər. İran işğal dövründə sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini söyləyərkən işğalçılarla əlaqələni kəsmədi. İndinin özündə də mühafizəkarlar “Zəngəzur dəhlizi olmamalıdır” deyib tuturlar. Zəngəzur dəhlizinin sizə nə dəxli var? Bu dəhliz Azərbaycandan və Ermənistandan keçəcək, iki dövlət məsələni öz aralarında həll edəcək. İsrailin Qəzzada törətdiklərinin əleyhinəyik, Tel-Əviv gec və ya tez Fələstin dövlətinin müstəqilliyi tanımalıdır. Azərbaycanın bu mövqeyi bəllidir. Ancaq İsrail Azərbaycanın daxili işlərinə və müxtəlif dövlətlərlə əlaqələrimizə qarışmır, ölkəmizdə tərəfdar qrupu formalaşdırmır, Zəngəzur dəhlizinin əleyhinə açıqlamalar vermir. Buna görə də Məsud Peşezkianın təbirincə, desək, İsraildə alınır, İranda alınmır. Ancaq alınsa, bu hamının, o cümlədən tərəfdaşlığın xeyrinə olar".




Ana səhifəyə qayıt        Baxış: 4 362          Tarix: 31-07-2025, 21:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma