Xəbər lenti

Belarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin telefon danışığı zamanı RF lideri ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında Moskvada aparılan danışıqları müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidmətinə yaxın olan "Pul Pervoqo" “Telegram” kanalı məlumat yayıb.

"Dövlət başçıları Rusiya Prezidentinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşünü və ABŞ tərəfinin sülh danışıqları ilə bağlı təkliflərini ətraflı müzakirə ediblər. Vladimir Putin Aleksandr Lukaşenkonu Kremldə aparılan danışıqlar, eləcə də Rusiya və ABŞ prezidentlərinin görüşlə bağlı əldə etdikləri razılaşmalar barədə ətraflı məlumatlandırıb. Hazırda görüşün keçiriləcəyi yer müəyyənləşdirilir", - məlumatda qeyd olunub.




Ana səhifəyə qayıt        Baxış: 2 815          Tarix: Bu gün, 18:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma