Xəbər lenti

 

Tel-Əvivdə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrailin Müdafiə naziri Aviqdor Liberman arasında görüş keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ovqat.com-a verilən məlumata görə, protokola uyğun olaraq İsrail Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib.

Müdafiə nazirləri Fəxri Qarovulun önündən keçdikdən və Dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü baş tutub.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə tərəflər regional təhlükəsizlik, ölkələrimiz arasında hərbi, hərbi-texniki və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.




Ana səhifəyə qayıt        Baxış: 695          Tarix: 11-09-2017, 20:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma