Xəbər lenti

ABŞ bir tərəfdən fələstinlilərə ərzaq yardımı göstərir, kdigər tərəfdən İsrailə silah satılır.

“Report” xəbər verir ki, bunu BMT Baş Assambleyasının 57-ci sessiyasının prezidenti Jan Kavan XI Qlobal Bakı Forumunda “Müharibə və sülh haqqında: “Realpolitik”in qayıdışı” mövzusunda keçirilən panel iclasında deyib.

“Münaqişələr bir-biri ilə əlaqəlidirlər. Böyük güclər sanki bu münaqişələrə odlayırlar və BMT bu güclərə dözə bilmir”,- o əlavə edib.

Jan Kavan vurğulayıb ki, BMT silahlı münaqişələrə qarşı mübarizə aparır.

“BMT-nin silahlı münaqişələrin qarşısının alınması istiqamətində rolunu gücləndirmək qərarına gəldik və bu da BMT Baş Assambleyasının rolunu artırır. BMT-nin bu istiqamətdəki fəaliyyəti silahlı münaqişələrin həllinə yönəlib”, - J.Kavan qeyd edib.

Onun sözlərinə görə, bu gün hər kəs Rusiya-Ukrayna arasında müharibəyə, o cümlədən Qəzza və Sudandakı münaqişələrə şahidlik edir:

“Biz beynəlxalq səviyyədə olan gərginliklərin aradan qaldırılması istiqamətində yeni mexanizmlərdən istifadə etməliyik. Bu gün ABŞ bir tərəfdən fələstinlilərə ərzaq yardımı göstərir, digər tərəfdən İsrailə silah satılır. Bu paradoksdan qurtulmaq lazımdır. Yaxın Şərqdə və Ukraynada biz sülhə təşviq üçün addımlar atmalıyıq”.




Ana səhifəyə qayıt        Baxış: 3 444          Tarix: 14-03-2024, 17:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma