Xəbər lenti

Rusiyanın “Utair” aviaşirkətinin bu gün saat 14:00-da həyata keçirilməli olduğu Moskva-Bakı və saat 15:00-a planlaşdırdığı Bakı-Moskva aviareysləri Rusiya paytaxtındakı qarlı hava şəraiti ilə əlaqədar təxirə salınıb.

“Report” bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir. 

Qeyd edək ki, Moskva aeroportlarında 12 reys təxirə salınıb, 14 reys isə gecikir. O cümlədən Rusiya paytaxtının Şeremetyeva hava limanında 3 reys təxirə salınıb, 11 reys gecikmə ilə həyata keçirilicək. Domodedova hava limanında 8 reys təxirə salınıb. Vnukova hava limanında isə 3 reys gecikir, 1 reys isə təxirə salınıb.

Xatırladaq ki, sinoptiklər güclü qar səbəbi ilə bu gün paytaxtda görmə məhdudiyyətinin olacağı barədə xəbərdarlıq etmişdilər. 




Ana səhifəyə qayıt        Baxış: 952          Tarix: 31-01-2018, 17:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma