Xəbər lenti
Dünən, 20:59

Yeni orfoqrafiya qaydalarında olan dəyişikliklər bu il ali məktəblərin qəbul imtahanlarına şamil edilməyəcək”

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının İşçi qrupunun iclası keçirilib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, İşçi qrupun sədri, akademik İsa Həbibbəyli bildirib ki, yeni orfoqrafiya qaydalarında olan dəyişikliklər bu il ali məktəblərin qəbul imtahanlarına şamil edilməyəcək.

İclasda o da bildirilib ki, dəyişikliklər Azərbaycan dilinin öz qaydalarına əsaslanıb.

İşçi qrupu öz işini yekunlaşdıraraq yeni qaydaları Orfoqrafiya Komissiyasına təqdim edib.

Qeyd edək ki, 4 ay müddətində Komissiyanın nəzdində fəaliyyət göstərən İşçi qrupu mütəmadi iclaslar keçirərək, orfoqrafiya qaydalarını müzakirə edib. İşçi qrupunda tanınmış dilçi alimlər təmsil olunub.

strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 504          Tarix: 27-04-2018, 17:25      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent