Xəbər lenti

2018-ci ilin 6 ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə araşdırma aparılıb.

Strateq.az nazirliyə istinadən bildirir ki, araşdırma zamanı qanun pozuntularına görə 63 akt və 79 protokol tərtib edilib. Tədbir görülməsi üçün 68 iş hüquq-mühafizə orqanlarına göndərilib: “Qanunu pozan şəxslərdən 35 üzmə vasitəsi, 11 ədəd asma qayıq mühərriki, 638 ədəd qanunsuz ov aləti tor və 1880 ədəd qarmaq, 2161 ədəd müxtəlif növ balıqlar, su bioresursu olan 1103 ədəd qurbağa və 1341 ədəd krevet götürülüb.

Bioloji resurslara vurulan ziyana görə 41932 manat məbləğində iddia qaldırılıb, 11500 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib”.

 




Ana səhifəyə qayıt        Baxış: 564          Tarix: 5-07-2018, 13:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma