Xəbər lenti

 

Bayram günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gün ərzində 2000-ə yaxın çağırış daxil olub.

Bu barədə Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Murad Mirzəzadə deyib.

Onun sözlərinə görə, bayram günlərində stansiyaya daxil olan çağırışların sayında artım olmayıb: "Adi günlərdə olduğu kimi, bayram günlərində də təxminən eyni sayda çağırış daxil olub. Bayram günlərində hər hansısa fərqli xəstəliklər üzrə çağırışlar daxil olmayıb".

M.Mirzəzadənin sözlərinə görə, ümumiyyətlə müraciətlərdə ürək-damar sistemi xəstəlikləri ilə bağlı çağırışlar üstünlük təşkil edir.




Ana səhifəyə qayıt        Baxış: 680          Tarix: 5-09-2017, 19:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma