Xəbər lenti

 

Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası təsdiq edilib.

Təhsil Nazirliyindən erilən xəbərə görə, ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları müəyyən tələblərə uyğun gələn məzunlara verilir. Bu tələblərə məzunların ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənməsi, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətlərinin 5 (beş) olması; ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplaması, tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 5 (beş) qiymət alması (ən azı 75 (yetmiş beş) bal toplaması), buraxılış imtahanında inşadan (essedən) minimum 7 (yeddi) bal toplaması daxildir.
Məzunlara fərqlənmə attestatlarının verilməsi zamanı tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 5 (beş) qiymət alması (ən azı 75 (yetmiş beş) bal toplaması), buraxılış imtahanında inşadan (essedən) minimum 7 (yeddi) bal toplaması tələbləri tam orta təhsil səviyyəsində 2018-2019-cu dərs ilindən qüvvədə olacaq.
Məzunlara ümumi orta təhsil haqqında və ya tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılır və müvafiq qərar qəbul edilir. Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məktəb direktorunun təqdimatına əsasən, məktəbin tabe olduğu təhsili idarəetmə orqanının əmri ilə rəsmiləşdirilir. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində məzunlara ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Pedaqoji Şuranın qərarına əsasən, məktəb direktorunun əmri ilə rəsmiləşdirilir.
Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları məzunlara təntənəli surətdə təqdim edilir. Bu qayda psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə buraxılış imtahanlarından azad edilmiş və evdə fərdi təhsilə cəlb olunmuş məzunlara şamil edilmir.
Qeyd edək ki, təhsil nazirinin yeni əmrinə əsasən, Təhsil Nazirliyinin 2015-ci il 1 may tarixli 536 nömrəli əmri ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrində ümumi orta təhsil üzrə xüsusi nümunəli şəhadətnamə almağa namizəd şagirdlərin müəyyənləşdirilməsi Qaydası”. /xezerxeber.az/



Ana səhifəyə qayıt        Baxış: 1 243          Tarix: 9-06-2017, 17:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma