Xəbər lenti

 

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanı verən 38 nəfər 9-cu sinif şagirdinin imtahanının I mərhələsində yazdığı inşaların qiymətini dəyişdirib.

Mərkəzdən Ovqat.com-a verilən məlumata görə, ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının I mərhələsində yazılmış inşaların (esselərin) nəticələri ilə bağlı Apelyasiya Komissiyası yaradılıb. Komissiyaya 111 şagird (bütün inşa yazanların 0,41%-i) inşa üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.

Onlardan 38 şagirdin (bütün inşa yazanların 0,14%-i) inşasının qiymətində dəyişiklik edilib. Digər iddialarla bağlı isə şagirdlərə inşanın yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.




Ana səhifəyə qayıt        Baxış: 730          Tarix: 13-07-2017, 19:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma