ABŞ alimlərinin apardıqları tədqiqatlardan bəlli olub ki, ekranın mavi işığı korluğa səbəb ola bilər.
Ovqat.com AZƏRTAC-a istinadən bildirir ki, smartfonların, planşetlərin, televizorların və şəxsi kompüterlərin monitorları gözə mənfi təsir göstərir. Tədqiqatçılar monitorun mavi işığının insan görməsinə zərərli olduğunu bildiriblər. Şüalanma ilk növbədə göz retinasına mənfi təsir göstərir. Gözdə yaranan problemlər bu cihazlardan nə qədər çox istifadə edilməsindən asılıdır. Alimlər mütəmadi olaraq həkim-oftalmoloqun müayinəsindən keçməyənlərin gələcəkdə kor olma risklərinin olduğunu bildiriblər. Elm adamları gələcəkdə baş verə biləcək korluğun qarşısını almaq üçün yatmazdan iki saat əvvəl smartfon və planşetlərdən istifadə etməməyi məsləhət görüblər. Bu zaman gözlər mavi işığın mənfi təsirindən qorunurlar.
Paylaş: