Xəbər lenti


“Ardıcıl doqquzuncu həftədir ki, dünyada koronavirusa yoluxma hallarının sayında artım müşahidə olunur”.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus bazar ertəsi Cenevrədə keçirdiyi brifinqdə deyib.

“COVID-19 pandemiyası dünyada daha da intensiv xarakter alır. Xəstələnmə sayı ardıcıl doqquzuncu, ölüm sayı isə ardıcıl altıncı həftədir artır”, - o bildirib.

ÜST rəhbəri vurğulayıb ki, keçən həftə, demək olar, pandemiyanın ilk beş ayında olduğu qədər yoluxma hadisəsi baş verib.

Baş direktorun bildirdiyinə görə, bir neçə bölgədə yoluxma və ölüm hallarında kiçik azalma var, eyni zamanda bir çox ölkələrdə hələ də intensiv yoluxma müşahidə olunur, xüsusilə Hindistanda çətin vəziyyət yaranıb.



Ana səhifəyə qayıt        Baxış: 2 824          Tarix: 26-04-2021, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma