Xəbər lenti

 

Merilend ştatından bir Amerika katolik  ailəsi bir bazar günü kilsədəki kütləvi ayindən  çıxıb yaxın məscidə getməyə qərar verib və sonra təəssüratlarını bölüşüb.
 
Moderator.az bu haqda "America magazine" nəşrinə  istinadla xəbər verir. 
Cordan Dafner əvvəllər də məsciddə olmuşdu. Lakin bu dəfə o, ərini və oğlunu da müsəlman ibadətgahına aparmağı qərara alıb.
gözəllik və həqiqət kilsə xaricində də tapıla bilər...  
“Ayaqqabılarımızı götürüb qapının yanına qoyduq və içəri daxil olduq. Günorta qılınan Zöhr namazı sona çatdı. Ancaq bizə Allahın Kəlamını oxumaq kimi istedadı ilə məşhur olan imamın Quranı tilavət edəcəyini söylədilər”- deyə xristian ana nəql edir.
Cordan Dafner məscid imamının Quran oxumasından vəcdə gəldiyini gizlətmir:
 “Imam Əlinin səsi eşidildi, aşağı notlardan yüksəklərə ucaldı və müsəlmanların Allahın hesab etdikləri kəlamları səsləndirdi...”
Dafnerə görə, məscidə baş çəkmək ailəsi üçün çox faydalı olub. Çünki onlara xatırladıb ki, gözəllik və həqiqət kilsə xaricində də tapıla bilər...  



Ana səhifəyə qayıt        Baxış: 337          Tarix: 24-10-2019, 09:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma