Xəbər lenti

 

İtaliyanın cənubundakı Bergamo şəhərində bir müsəlman cəmiyyətinin yerli kilsəni satın alıb məscidə döndərmək planı mübahisələrə səbəb olub.

Ovqat.com BBC-yə istinadən xəbər verir ki, Lombardiya bölgəsinin Bergamo şəhərində Ospedali Riuniti xəstəxanasına aid katolik kilsəsio keçən ay açıq hərraca çıxarılıb.

Katolik Cappuccini təriqətinə aid olan həmin kilsə 2015-ci ildə pravoslavların istifadəsinə verilmişdi, ötən ay keçirilmiş hərracda isə kilsə 450 min avroya Bergamo Müsəlmanlar Dərnəyinə satılıb.

Dərnək kilsəni satın aldıqdan sonra onu məscidə çevrirmək planlarını açıqlayıb.

Aşırı sağcı Lega partiyasının nəzarətində olan Lombardiya bölgəsinin administrasiyası iki əvvəl yerli qanunverciliyə bölgədə məscid yaradılması planlarını əngəlləyən məhdudiyyətlər salmışdı.

2015-ci ildə təsdiqlənmiş həmin normalar "məscid əleyinə qanun" kimi tanınır.

İtaliya mətbuatı qeyd edir ki, məhdudiyyətləri addamaq üçün, Bergamo-dakı müsəlman icması yeni məscid tikmək əvəzinə kilsə binasını alıb.

Lega partiyası və sağçı mövgedən çıxış edən bəzi qəzetlər kilsənin məscidə çevrilməsi planlarına qarşı etiraz bildirib.

Sağçı mətbuatda bu mövzuda dərc edilən məqalələrdə deyilir ki, müsəlmanlar "İsanı kilsədən çıxarır".

Lega partiyasını təmsil edən deputatlar Daniele Belotti və Alberto Ribolli hərracın necə keçirildiyini araşdıracaqlarını və nəticələrini ləğv etmək üçün bir səbəb axtaracaqlarını bildiriblər.

Lombardiyanın prezident Attilio Fontana qalmaqalın böyüməsilə bağlı bildirib ki, rəsmi dairələr hərracın nəticələrini ləğv etmək hüququna malikdir.

Lega partiyasının üzvü olan Fontana qeyd edib ki, sözügedən kilsənin divarlarını bədii əsərlər bəzədiyindən, binanın satışını ləğv etmək imkanı mövcuddur.




Ana səhifəyə qayıt        Baxış: 378          Tarix: 29-10-2018, 23:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma