Xəbər lenti

Rusiyanın Hava-Kosmik Qüvvələri həftə ərzində Suriya ərazisində 360-dan çox uçuş edib və bu uçuşlar zamanı beynəlxalq terror qruplaşmalarına məxsus 650-dən çox obyekt məhv edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu məlumatlar Rusiya Müdafiə Nazirliyinin "Qırmızı ulduz" qəzetində dərc olunan infoqrafikasında qeyd olunub.

Bildirilir ki, başqa ölkələrin hava gəmiləri həftə ərzində Rusiya sərhədləri yaxınlığında 18 kəşfiyyat uçuşu həyata keçiriblər. Həmçinin üç gəmi Rusiyanın dəniz sərhədləri boyunca kəşfiyyat aparıb.




Ana səhifəyə qayıt        Baxış: 581          Tarix: 27-10-2017, 11:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma