“Rusiya Hava Qüvvələrinin Suriyanın Deyr əz-Zor şəhərində ABŞ-ın dəstəklədiyi Demokratik Suriya Gücünü (DSG) vurduğu barədə məlumatlar həqiqəti əsk etdirmir”.
Ovqat.com xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov jurnalistlərə açıqlamasında bildirib.
Sözçünün bildirdiyinə görə, Deyr əz-Zordakı son İŞİD qalasını məhvetmə əməliyyatı zamanı rus təyyarələri müxtəlif kanallar tərəfindən də təsdiq edilən kəşfiyyat məlumatlarına əsaslanaraq terrorçu mövqeləri yüksək dəqiqliklə nişan almışlar. Əməliyyat zamanı əgər həqiqətən DSG qüvvələri də zərər çəkmişsə, hadisəni təsadüfi saymayan İqor Konaşenkonun fikrincə, bu fakt İŞİD-DSG-ABŞ əməkdaşlığının ən bariz sübutudur:
"Rusiya Müdafiə Nazirliyi tərəfindən dərc olunan fotolar DSG döyüşçülərinin və DSG-ni dəstəkləyən ABŞ Xüsusi Qüvvələri əməkdaşlarının İŞİD-in nəzarətindəki bölgələrdə olduğunu və sərbəst hərəkət etdiyini təsdiqləyir”.
Qeyd edək ki, DSG əsasən PKK döyüşçülərindən təşəkkül tapır.
Paylaş: