İranın təhlükəsizlik qüvvələri ölkənin qərbindəki Kürdüstan vilayətində terror qruplaşmasını zərərsizləşdirib.
"Report" xəbər verir ki, bu barədə "PressTV" İslam İnqilabı Keşikçiləri Korpusuna istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun bölmələri ölkədə terror aktı planlaşdıran terrorçularla silahlı qarşıdurma zamanı 3 terrorçunu məhv edib. Habelə 1 terrorçu ələ keçirilib.
İslam İnqilabı Keşikçiləri Korpusu həmçinin həftə ərzində terrorçulara qarşı xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı terror özəyinin lideri Ənsar əl-Furkan öldürülüb.
Bundan əlavə, əməliyyat zamanı bir neçə terrorçu da zərərsizləşdirilib, partlayıcı maddə məhv edilib, 700 kiloqram partlayıcı maddə, bomba, külli miqdarda silah müsadirə olunub.
Paylaş: