Xəbər lenti

Rusiya Türkiyə üçün S-400 zenit-raket sistemlərinin istehsalına başlayıb.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyev deyib.

A.Mixeyev bildirib ki, Rusiya tərəfi Türkiyəyə S-400 tədarükü ilə bağlı müqavilənin icrasına başlayıb.

O qeyd edib ki, söhbət hələ S-400 tədarükündən getmir, hazırda zenit-raket komplekslərinin istehsalına başlanıb.

Xatırladaq ki, ötən ilin dekabrında Ankarada Rusiya və Türkiyə nümayəndələri arasında S-400 tədarükü üzrə kredit sazişi imzalayıb.

 




Ana səhifəyə qayıt        Baxış: 814          Tarix: 25-04-2018, 17:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma