Xəbər lenti

"Ermənistan ordusunda itkilərin sayı getdikcə artır"

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə "Əsgər" ictimai Şurasının sədri Marqarita Xacatryan "Jamanaqla" qəzetinə müsahibəsində bildirib.
"Əsgər analarını sakitləşdirmkək üçün deyirlər ki, bizim ordumuz yaxşı vəziyyətdədir. Amma bu, o demək deyil ki, baş verən hadisələrə, ölümlərə bəraət qazandırmaq olar" - deyə jurnalist Marqaritaya müraciət edib.
Bu sual qarşısında çətin vəziyyətdə qalan ictimai şura sədri Ermənistan orusunda baş verən intiharları maskalamaq istəsə də, erməni əsgərlərinin təcrübəsizliyini etiraf edib.
"Ordumuzda getdikcə itkilərin sayı artır. Mən deyə bilmərəm ki, bu hadisələrin səbəbi nədir. Lakin bir məqam var. Əsgər düşməni dayandırmağa çalışan zaman ehtiyyatsız davranış nəticəsində mərmini ya özünə, ya da dostuna vurur".

 




Ana səhifəyə qayıt        Baxış: 986          Tarix: 20-05-2017, 13:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma