Xəbər lenti

Dünən ABŞ-da keçirilən seçkilərdə bir sıra yeniliklə olub.

Politoloq Şahin Cəfərli bu barədə sosial şəbəkədəki səhifəsində yazıb. Politoloqun qeydlərini təqdim edirik: “ABŞ-da dünən keçirilən seçkilərdə ilk dəfə olaraq müsəlman qadın(lar) Konqresə üzv seçilib. Miçiqan ştatında Raşida Tlaib və Minnesota ştatında İlhan Ömər Nümayəndələr Palatasına seçkilərdə qalib gəliblər, hər ikisi demokratdır. Demokratların son illər güclənən sol qanadının nümayəndəsi olan R.Tlaib fələstinlidir, İ.Ömər isə Somalidəndir və qaçqın kimi yaxın keçmişdə ABŞ-a gəlib.

Başqa bir tarixi hadisə: ilk dəfə olaraq aborigenlərin – hinduların nümayəndələri Konqresə üzv seçiliblər. Nyu-Meksikodan Debra Haaland və Kanzasdan Şaris Devids Nümayəndələr Palatasında demokratları təmsil edəcəklər. Ş.Devis həm də LGBT təmsilçisidir.

Nyu-Yorkdan Nümayəndələr Palatasına seçilən 29 yaşlı Aleksandriya Osario Kortez Konqresin ən gənc qadın üzvü kimi tarixə düşüb. Osario Kortez Puerto Riko əsillidir və demokratların sol qanadını təmsil edir.

ABŞ tarixində ilk dəfə olaraq açıq homoseksual olan siyasətçi qubernator seçilib. Kolorado ştatını bundan sonra demokrat Jared Polis idarə edəcək”.

v

 




Ana səhifəyə qayıt        Baxış: 379          Tarix: 7-11-2018, 14:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma