Xəbər lenti

Növbəti ildən OPEC Konfransının prezidenti Venesuelanın neft naziri Manuel Salvadore Quevedo Fernandez olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə OPEC məlumat yayıb. Bildirilir ki, 2019-cu il yanvarın 1-dən bir illik müddətə Venesuelanın neft naziri OPEC Konfransının prezidenti, Əlcəzairin energetika naziri Mustafa Guitouni isə həmin müddətə alternativ prezident seçilib. Ekvatorial Qvineyanın qubernatoru Agustin Mba Okomo isə gələn il OPEC-in idarə heyətinin sədri olacaq.

Qeyd edək ki, cari ildə OPEC Konfransının prezidenti Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Mohamed Al Mazrouei olub.

 




Ana səhifəyə qayıt        Baxış: 287          Tarix: 8-12-2018, 15:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma