Misir neft hasilatının azaldılması ilə bağlı OPEC+ anlaşmasına qatılmayacağını açıqlayıb. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama Misirin baş naziri Şərif İsmayıl tərəfindən verilib.
Ş.İsmayıl bildirib ki, Misir demək olar ki, neft ixrac etmədiyinə görə, OPEC+ anlaşmasına qoşulmayacaq. Belə ki, Misirin hasil etdiyi neft əsasən yerli neft emalı zavodlarında istifadə edilir. "Çox az miqdarda neft ixrac edirik, bu da neft bazarına təsir etmir. Bu, əsasən 1-2 mln. barel/gün neft ixrac edən ölkələrə aid edilməlidir", - deyə baş nazir əlavə edib.
Qeyd edək ki, ötən həftə Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloxio del Pino Misirin neft naziri Tarix əl Molla ilə görüşü zamanı Misirin OPEC+ anlaşmasına qatılmasını təklif edib.
Paylaş: