Xəbər lenti

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyadakı məzhəb və qruplar haqqında açıqlama verib.

Publika.az xəbər verir ki, nazir suriyalı kürdlərin ölkədəki digər məzhəblər və qruplarla bərabər haqlara sahib olduğunu, buna görə də problemlərin həllində iştirak etmələrinin vacibliyini dilə gətirib.

BMT-nin Suriyadakı təmsilçisi Stefan de Mistura da suriyalı kürdlərin görməzdən gəlinməməsi və kürd təmsilçilərin Suriyanın yeni konsitutsiyasının hazırlanmasında iştirak etməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, ABŞ rəhbərliyi də tez-tez “suriyalı kürdlər” ifadəsini işlədir. Lakin ABŞ PKK/YPG-dən başqa digər kürd qruplarını dəstəkləmir.




Ana səhifəyə qayıt        Baxış: 689          Tarix: 25-07-2017, 14:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma