Xəbər lenti

 

Qazaxıstanın paytaxtı Astanada keçirilən Suriya sülh danışıqlarının əvvəlki toplantısına qatılmayan suriyalı silahlı müxaliflər, 3-4 may tarixlərində keçiriləcək görüşlərdə iştirak etmək üçün Astanaya gəliblər.

Ovqat.com xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat departamentinin direktoru Anuar Jaynakov bu barədə Sputnik-ə açıqlamasında qeyd edib.

Jaynakov suriyalı silahlı müxalifətin nümayəndə heyyətinə Ceyşul İslam qruplaşmasının liderlərindən Məhəmməd Alluşun rəhbərlik etdiyini vurğulayıb.

Qazaxıstan xarici işlər nazirinin müavini Muxtar Tleuberdi bir müddət əvvəl suriyalı silahlı müxaliflərin Astanada keçiriləcək Suriya sülh danışıqlarının növbəti turuna qatılacaqlarını təsdiq etdiklərini söyləmişdi.




Ana səhifəyə qayıt        Baxış: 937          Tarix: 2-05-2017, 15:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma