Xəbər lenti

Rusiya Xarici İşlər Nazirliyi Kerç boğazında baş verən hadisəni rəsmi Kiyevin təxribatı adlandırıb.

TASS xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.

Onun sözlərinə görə, bu təxribat Ukraynanı hərbi vəziyyət elan etməklə silkələməyə, Qərbin antirusiya əhvalını yüksəltməyə və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə yönəlib.

“Görünür, Poroşenko üçün seçki kampaniyasını belə aparmaq daha rahatdır”, – Rusiya xarici işlər nazirinin müavini vurğulayıb/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 425          Tarix: 26-11-2018, 16:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma