“Azov dənizində baş verən hadisədən narahatıq”.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin Azov dənizində Rusiya gəmisinin Ukrayna gəmisini atəşə tutması ilə bağlı yaydığı açıqlamada bildirilib.
Nazirlikdən qeyd olunub ki, rəsmi Ankara Azov dənizi və Kerç boğazında baş verən hadisələri və gərginliyin artmasını izləyir.
“Bu fonda Ukraynaya aid gəmilərə atəş açılması nəticəsində yaralıların olması barədə yayılan xəbəri narahatlıqla qarşılayırıq. Qara dənizsahili ölkələrindən biri olaraq, Kerç boğazından giriş və çıxışlara maneələr yaradılmamasının vacibliyini vurğulayırıq. Regional sülh və sabitliyə təhlükə yarada biləcək istənilən addımların atılmasından çəkinməyə, beynəlxalq hüquqa hörmət etməyə, gərginliyi atırmamağa çağırırıq”, – deyə XİN-in bəyanatında vurğulanıb/Report.
Xatırladaq ki, Rusiya tərəf Ukraynanın iki hərbi gəmisinə atəş açıb, altı heyət üzvünü yaralayıb və gəmiləri ələ keçirib. Poroşenko deyib ki, atışmadan sonra Ukraynanın 23 dənizçisi əsir götürülüb.
Bu barədə açıqlama verən prezident Poroşenko deyib ki, saxlanmış gəmilər və dənizçilərlə əlaqə yarada bilmirlər.
Paylaş: