Xəbər lenti

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Olimpiya” problemlə üzləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi İliya Stolitsa hücumçu Andres Vomberqarla yola getmir.
 
Argentinalı forvardı “Qarabağ”la oyunların iştirak ərizəsinə salmayan yeni çalışdırıcı onun xidmətində maraqlı deyil. Rəhbərlik iki arasındakı qalmaqalın Azərbaycan çempionu ilə cavab görüşü öncəsi kollektivə mənfi təsir göstərməsindən narahatdı. Artıq Vomberqarla yollarını ayırmağı planlaşdıran “Olimpiya” “Volfsburq”un ikinci komandasının sloveniyalı hücumçusu Blaz Krameri transfer etmək fikrindədi.
 
“Olimpiya”nın digər problemi isə Andriya Kaludzeroviçlə bağlıdı. Lyublyana təmsilçisi yeni transferini heç cür qeydiyyatdan keçirə bilmir. Rəhbərlik “Qarabağ”la oyunları buraxmalı olan serbiyalı forvardın problemini həll etməyə çalışır.
 
Qeyd edək ki, Lyublyanada “Olimpiya”nı 1:0 hesabı ilə məğlub edən “Qarabağ” iyulun 18-də rəqibini Bakıda qəbul edəcək.

 




Ana səhifəyə qayıt        Baxış: 374          Tarix: 16-07-2018, 16:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma