Xəbər lenti

 Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

 Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok sınağına çıxacaq.

 Ağdam təmsilçisi Moldovada bu ölkənin ən titullu klubu “Şerif”in qonağı olacaq. Bakıda rəqibini məğlub edə bilməyən (0:0) Qurban Qurbanovun yetirmələrini səfərdə qollu heç-heçə də qane edir. Ardıcıl 4-cü dəfə Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələn ağdamlılar tilsimlənmiş raundu keçməyə iddialıdı. Əvvəlki üç mövsümdə “Zalsburq”, “Seltik” və “Viktoriya” sədlərinə ilişdikdən sonra mübarizəni Avropa Liqasında davam etdirən “Qarabağ” bu xoşagəlməz tendensiyanı qırmalıdır.

 İndiyədək heç bir Azərbaycan klubu qitənin ən nüfuzlu klub turnirinin pley-offunda oynamayıb. Tiraspolda uğur qazanmaqla bu turnirin pley-offuna yüksələcək “Qarabağ” qrup mərhələsinə vəsiqəni təmin edəcək. Çünki növbəti raundda məğlubiyyət Avropa Liqasının, qələbə isə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə verir. “Şerif” səddi keçilməsə, “Qarabağ” yenidən Avropa Liqasının pley-offunda oynamalı olacaq.

 

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

1 avqust

 

21:00. “Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Roy Reynşreyber (İsrail)

Tiraspol. “Şerif” stadionu

İlk oyun - 0:0




Ana səhifəyə qayıt        Baxış: 1 452          Tarix: 1-08-2017, 08:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma