Xəbər lenti

 

Bu gün AVRO-2020-nin seçmə mərhələsində VI turun növbəti görüşləri keçiriləcək.

"Report" xəbər verir ki, turun ikinci oyun günündə 4 qrupda 10 matç nəzərdə tutulub. Gecənin mərkəzi görüşü C qrupunda Şimali İrlandiya və Almaniya milliləri arasında olacaq. 4 oyundan sonra britaniyalılar 12 xalla 1-ci, Bundestim isə 9 xalla 2-ci pillədə qərarlaşıb. Almaniya yenə uduzsa, Hollandiya Estoniya üzərində səfər qələbəsi qazanaraq, 2-ci pilləni ələ keçirə bilər.

E qrupunda lider Macarıstan ötən tur evdə Xorvatiyaya böyük hesabla uduzmuş Slovakiyanı qəbul edəcək. Dünya vitse-çempionları isə qrupda xalsız yeganə komanda olan Azərbaycanın qonağı olacaq.

G qrupunun mərkəzi görüşü Polşa və Avstriya yığmaları arasında keçiriləcəksə, I qrupunun lideri Belçika Şotlandiyanın qonağı olacaq.

AVRO-2020

Seçmə mərhələ, VI tur

C qrupu

22:45. Şimali İrlandiya - Almaniya

22:45. Estoniya - Hollandiya

Xal durumu: Şimali İrlandiya - 12 xal (4 oyuna), Almaniya - 9 (4), Hollandiya - 6 (3), Belarus - 3 (5), Estoniya - 0 (4).

E qrupu

20:00. Azərbaycan - Xorvatiya

22:45. Macarıstan - Slovakiya

Xal durumu: Macarıstan - 9 xal (4 oyuna), Xorvatiya - 9 (4), Uels - 6 (4), Slovakiya - 6 (4), Azərbaycan - 0 (4).

G qrupu

22:45. Sloveniya - İsrail

22:45. Polşa - Avstriya

22:45. Latviya - Şimali Makedoniya

Xal durumu: Polşa - 12 xal (5 oyuna), Avstriya - 9 (5), Sloveniya - 8 (5), İsrail - 8 (5), Şimali Makedoniya - 5 (5), Latviya - 0 (5).

I qrupu

22:45. Şotlandiya - Belçika

22:45. San Marino - Kipr

22:45. Rusiya - Qazaxıstan

Xal durumu: Belçika - 15 xal (5 oyuna), Rusiya - 12 (5), Qazaxıstan - 7 (5), Şotlandiya - 6 (5), Kipr - 4 (5), San Marino - 0 (5).




Ana səhifəyə qayıt        Baxış: 29          Tarix: 9-09-2019, 08:56      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent