Xəbər lenti

 

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində V turun oyunlarına yekun vurulacaq.

"Report"un məlumatına görə, son oyun günündə 3 qrupda 7 qarşılaşma təşkil olunacaq. A və B qrupunda 2, H qrupunda isə 3 matç keçiriləcək.

Türkiyə H qrupunda Andorra ilə üz-üzə gələcək. Bu qrupun digər komandası son dünya çempionu Fransa Albaniyanı qəbul edəcək. Digər görüşdə isə İslandiya və Moldova yığmaları qarşılaşacaq.

A qrupunun liderlərindən İngiltərə Bolqarıstanı qəbul edəcək, Çexiya isə səfərdə Kosovonun müqavimətini qırmağa çalışacaq.

Nəhayət B qrupunda Litva - Ukrayna və Serbiya - Portuqaliya görüşləri baş tutacaq.

AVRO-2020, seçmə mərhələ

V tur

A qrupu

17:00. Kosovo - Çexiya

20:00. İngiltərə - Bolqarıstan

Xal durumu: İngiltərə - 6 (2 oyuna), Çexiya - 6 (3), Kosovo – 5 (3), Monteneqro - 2 (4), Bolqarıstan – 2 (4).

B qrupu

20:00. Litva - Ukrayna

22:45. Serbiya - Portuqaliya

Xal durumu: Ukrayna – 10 (4 oyuna), Lüksemburq – 4 (4), Serbiya - 4 (3), Portuqaliya – 2 (2), Litva – 1 (3)

H qrupu

20:00. İslandiya - Moldova

22:45. Fransa - Albaniya

22:45. Türkiyə - Andorra

Xal durumu: Fransa - 9, Türkiyə - 9, İslandiya – 9, Albaniya – 6, Moldova – 3, Andorra – 0.




Ana səhifəyə qayıt        Baxış: 567          Tarix: 7-09-2019, 09:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma