Xəbər lenti

Bu ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 11 090,8 mln. manat vəsaitin 4,623 mlrd. manatı və yaxud 41,7%-i qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% artıb.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, ümumi sərmayənin 73,1%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 77,7%-i məhsul istehsalı obyektlərinin, 16,0%-i xidmət sahələri üzrə obyektlərin, 6,3%-i isə ümumi sahəsi 1263,0 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 40,5%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 67,5%, bank kreditləri 12,2%, büdcə vəsaitləri 12,7%, əhalinin şəxsi vəsaitləri 5,5%, büdcədənkənar fondların vəsaitləri 1,4%, sair vəsaitlər isə 0,7% təşkil edib.

9 ay ərzində Naxçıvan MR-da 2 136 şagird yerlik 4 ümumtəhsil məktəb binası, 224 yerlik məktəbəqədər təhsil müəssisəsi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 96 şagird yerlik ümumtəhsil məktəb binası, Bakı şəhərində Bakı Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü, “Pirallahı” Günəş Elektrik Stansiyası, Pirşağı-Novxanı və Binəqədi-Novxanı avtomobil yolu, Balaxanı Sənaye Parkı, Yevlax şəhərində Varvara balıqartırma və balıqyetişdirmə zavodu, Lənkəran şəhərində Çəltik zavodu, “Xəzər Palace” otel kompleksi, Balakən rayonunda Balakən Su Elektrik Stansiyası, Cəlilabad rayonunda dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsi, Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun Masallı-Cəlilabad hissəsi, Gədəbəy rayonunda Limonad zavodu, 35/10 kV-luq “Gədəbəy” elektrik yarımstansiyası, Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzi, Qax rayonunda 110/35/10 kV-luq elektrik yarımstansiyası, Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsi, 110/35/6 kV-luq “Neftçala” yarımstansiyası, Saatlı rayonunda 110/35/10 kV-luq “Sarıcalar” elektrik yarımstansiyası, Salyan rayonunda 110/35/10 kV-luq “Qaraqaşlı” yarımstansiyası, Şəmkir rayonunda “Azərişıq” ASC-nin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzi, “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzi, “Azərxalça” ASC-nin Şəmkir filialı, Zaqatala rayonunda “Bəhmətli” elektrik yarımstansiyası və s. obyektlər istifadəyə verilib. 




Ana səhifəyə qayıt                 Tarix: 12-10-2017, 14:20       Baxış: 24


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə